“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar tədir təşkil olunub.

18/05/2026, 17:17
xeber1

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq Kürdəmir şəhər S.Paşayev adına 6 nömrəli tam orta ümumitəhsil məktəbində "Azərbaycanın memarlıq inciləri" adlı rəsm və sərgi müsabiqəsi, konfrans keçirilmişdir. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov, ETİHİ-nin Kürdəmir Rayon Komitəsinin sədri Samir Şükürov, məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak etmişlər. Rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, şagirdlər tərəfindən ərazidə təmizlik işləri aparılmış, müsabiqədə fərqlənən şagirdlər təltif olunmuşlar. Həmçinin çıxışçılar öz məruzələrində Azərbaycan memarlığından, müasir Azərbaycanın qurulmasından, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən danışaraq cənab Prezidentimizə öz minnətdarlıqlarını bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: