Xəbərlər
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin hüquqi maarifləndirmə işinin təşkili üçün "Həmkardan həmkara hüquqi dəstək" adlı layihə çərçivəsində ixtisasartırma təlimləri yekunlaşıb.

əlimlərdə Göygöl rayonunda fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrinin direktorları, körpələr evi - uşaq bağçalarının müdirləri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, o cümlədən həmin müəssisələrinin ilk həmkarlar təşkilatının sədrləri iştirak edib.
Keçirilən təlimlərdə işəgötürənin hüquq və vəzifələri, kollektivdə işləyən təhsil işçilərinin layiqli əməyinin təmin olunması, rəğbətləndirmə mexanizmləri kimi mövzular müzakirə olunub.
Təlim maraqlı qrup işləri, komandaların təqdimatları, aktiv müzakirələrlə yadda qalıb.
Təlim sessiyaları aralığında iştirakçılar üçün çay-kofe fasiləsi təşkil olunub.
Təlimin yekununda "Həmkardan həmkara hüquqi dəstək" ixtisasartırma təlimində hər bir iştirakçiya iştirakçı diplomu təqdim olunub.
Təlim sonunda iştirakçılar ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə maraqlı və faydalı təlimlər üçün təşəkkürlərini ifadə ediblər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin hüquqi maarifləndirmə işini bundan sonra da davam etdirəcək.
Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:
ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev
Əlaqə nömrəsi: +994502736336
Elektron ünvan: atiahi-goygol-rk@mail.ru



















