“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib.

16/11/2024, 17:23
xeber1

Noyabrın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev, ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin professorları iştirak ediblər. Beynəlxalq Zirvə Konfransında ediləcək çıxışlar müzakirə olunub.

Qeyd edək ki, Türkiyə Mühəndislər Dərnəyi və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının dəvəti ilə ATİAHİ Respublika Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 5-7 dekabr tarixlərində baş tutacaq konfransın əsas məqsədi Türk coğrafiyasındakı mühəndisləri ortaq platformda bir araya gətirərək təhsil sahəsində yeni perspektivlər açmaqdır.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ölkəmizi təmsil edəcək alimlərə uğurlar arzulayıb.

Araz Paşayev görüş zamanı 60 illik yubileyini qeyd edən Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik kafedrasının müdiri, professor Yadigar İmamverdiyevi təbrik edib. Professor Respublika Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: