Xəbərlər
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib

07 noyabr 2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib.
Tədbirdə Məclis üzvləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri iştirak ediblər.
Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyində duran bir sıra təşkilati məsələlər ətraflı müzakirə edilib.
İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı səsvermə yolu ilə qərarlar qəbul edilib.
Daha sonra iclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin aparatının ştat cədvəli, Komitə sədrinin müvinləri Tehranağa Abdullayev ..... təsdiq ediliblər. Sonda Respublika Komitəsinin sədri Araz Paşayev yeni seçilən sədr müavinlərinə və şöbə müdirlərinə fəaliyyətlərində uğurlar arzulayıb.






