“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib

06/06/2026, 16:29
xeber1

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə yekun vurulub.


III yer uğrunda mübarizədə Bakı Dövlət Universitetinin komandası Azərbaycan Texniki Universitetinin komandasına qalib gəlib.Final oyununda Azərbaycan İdman Akademiyasının komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.Oyunlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.


Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), ETİHİ-nin və "Azərbaycan Tələbə Futbol Federasiyası" İctimai Birliyinin (ATFF) rəsmiləri, eləcə də veteran futbolçular iştirak ediblər.


Bağlanış mərasimində AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə”, oyunlarda fərqlənən futbolçulara “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatlar, qalib komandalara hədiyyə, medal və pul mükafatı, çempion komandaya kubok təqdim olunub.


Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Elm və Təhsil Nazirliyi, “Azərbaycan Tələbə Futbol Federasiyası” İctimai Birliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.

Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə 1 noyabr 2025-ci il tarixində start verilib və liqada 14 ali təhsil müəssisəsi mübarizə aparıb.


Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: