“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət

18/11/2026, 17:10
xeber1

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Həmkar Qadınlar və Həmkar Könüllülər departamentlərinin birgə təşkilatçılığı ilə “Sərbəst Düşüncə və İnteraktiv Dialoq” adlı layihə keçirilib.

Layihənin spikeri yazıçı Mürşüd Mehdiyev olub. Görüş çərçivəsində yaradıcı və tənqidi düşüncə, fərqli baxış bucaqları, sərbəst fikir mübadiləsi və özünüifadə imkanları ətrafında interaktiv dialoq aparılıb.

Həmçinin şəxsi inkişaf, karyera hədəfləri, gələcək perspektivlər və gəncləri maraqlandıran digər mövzulara da toxunulub. İştirakçılar spikerə müxtəlif suallar ünvanlayıb, öz fikir və təcrübələrini bölüşərək müzakirələrdə fəal iştirak ediblər.

Bu kimi görüşlərin keçirilməsində əsas məqsəd tələbələrin şəxsi və intellektual inkişafına dəstək olmaq, onların fərqli düşüncə tərzləri ilə tanışlığına, ünsiyyət və özünüifadə bacarıqlarının formalaşmasına şərait yaratmaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: