Xəbərlər
Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” (NHN) intellektual oyunu baş tutub.
05/05/2026, 11:26

Yarışda Azərbaycan Texniki Universitetini 6 komanda, Türkiyə Azərbaycan Universitetini (TAU) isə 5 komanda təmsil edib.
Yekunda ilk 3-lük Azərbaycan Texniki Universitetini təmsil edən komandalardan olub:
1. CCC komandası
2. AzTWO komandası
3. Golazo komandası
Qaliblər kubok, medal və diplomlarla təltif olunublar.











