Xəbərlər
Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr - Zəfər Günü münasibəti ilə 1-ci Qarabağ müharibəsində iştirak etmiş universitet əməkdaşları ilə görüş keçirilib.

Azərbaycan Texniki Universitetində (AzTU)
8 Noyabr - Zəfər Günü münasibəti ilə 1-ci Qarabağ müharibəsində iştirak etmiş universitet əməkdaşları ilə görüş keçirilib. Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlarimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzTU-nun prorektoru Fariz Məmmadov Zəfər Gününün xalqımızın qürur rəmzi olduğunu bildirib.
Qeyd edib ki, müharibə iştirakçılarının göstərdiyi qəhrəmanlıq gənclar üçün örnəkdir.
Daha sonra AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı çıxış edərək universitetin müharibə iştirakçısı olan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların fəaliyyatinin yüksək giymətləndirilməsi istiqamətinda görülən işlərdən danışıb. O, Zəfər Gününün yalnız bir tarix deyil, həm də dövlətçilik ruhunun yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
1-ci Qarabağ müharibəsində iştirak etmiş AzTU əməkdaşları çıxış edərək döyüş yolundan, o günlərin çətin va qürur dolu anlarından söz açıblar. Onlar göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və Həmkarlar Ittifaqı Komitəsinə təşəkkürlərini bildiriblər.







