“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Texniki Universitetində “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib.

18/04/2026, 16:30
xeber1

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İntellektual Oyunlar Klubu (İOK) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubunun (İOK) birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış uğurla baş tutub.


Azərbaycan Texniki Universitetində keçirilən yarışda ümumilikdə 19 komanda iştirak edib. Bunlardan 12-si Azərbaycan Texniki Universitetini (AzTU), 4-ü Türkiyə-Azərbaycan Universitetini (TAU) , 3-ü isə Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) təmsil edib.


Yarış çərçivəsində iştirakçılar komandalar şəklində mübarizə apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı keçən yarış intellektual mühitin inkişafına və tələbələr arasında sağlam rəqabətin təşviqinə töhfə verib.


Yarışın nəticələrinə əsasən:


Azərbaycan Turizm və Menecment Universitetini təmsil edən “Toureast” komandası I yerə,

Türkiyə-Azərbaycan Universitetini təmsil edən “Cloud” komandası II yerə,

Azərbaycan Texniki Universitetini təmsil edən “DyNova” komandası isə III yerə layiq görülüb.


Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: