Xəbərlər
Azərbaycan Texniki Universitetinin (AzTU) Akt zalında “19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə konsert proqramı təşkil olunmuşdur.

Tədbir AZTU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Türk Tələbə Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Tədbirin açılışında çıxış edən AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov 19 Mayın tarixi əhəmiyyəti, gəncliyin rolu və Azərbaycan–Türkiyə qardaşlığının önəmi barədə çıxış etmişdir.
Daha sonra keçirilən konsert proqramı çərçivəsində tələbələr tərəfindən şeir və musiqi ifaları təqdim olunmuş, gənclərin yaradıcılıq potensialı nümayiş etdirilmişdir. Türkiyəli tələbələr tərəfindən ifa olunan mahnılar, təqdim edilən kiçik konsert proqramı və rəqs göstərisi tədbirə xüsusi rəng qatmışdır.
Tədbir boyunca Azərbaycan və Türkiyə gəncləri arasında dostluq, həmrəylik və qardaşlıq ruhu yüksək səviyyədə hiss olunmuşdur.

















