“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AZTU) əməkdaşları FIBA Basketbol Çempionlar Liqasının matçını izləyiblər

28/10/2026, 14:27
xeber1

Azərbaycan Texniki Universitetinin (AZTU) əməkdaşları FIBA Basketbol Çempionlar Liqasının matçını izləyiblər.

FIBA Basketbol Çempionlar Liqası çərçivəsində ölkəmizi təmsil edən “Sabah” Basketbol Klubu ilə Fransanın köklü komandalarından olan “Nanterre 92” klubu arasında gərgin və maraqlı oyun keçirilib.

27 oktyabr 2026-cı il tarixində, saat 20:00-da Milli Gimnastika Arenasında baş tutan bu möhtəşəm idman qarşılaşmasında Azərbaycan Texniki Universitetinin (AZTU) əməkdaşları da tamaşaçı qismində iştirak ediblər. Əməkdaşlarımız tribunalardan təmsilçimiz “Sabah” komandasına həyəcanlı mübarizə zamanı böyük coşqu ilə azarkeşlik edərək öz dəstəklərini nümayiş etdiriblər.

Bu cür beynəlxalq miqyaslı idman tədbirlərində iştirak AZTU əməkdaşları arasında komanda ruhunun yüksəldilməsi, asudə vaxtın səmərəli təşkili və ölkəmizdə idman mədəniyyətinin təbliğinə töhfə vermək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: