Xəbərlər
Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı tərəfindən gənc əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə maraqlı həftəsonu tədbirinin təşkili

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı tərəfindən gənc əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların bir-biri ilə ünsiyyətinin və komanda ruhunun gücləndirilməsi məqsədilə maraqlı həftəsonu tədbiri təşkil olunub.
Bu dəfə gənc əməkdaşlar paintball meydançasında bir araya gələrək həm adrenalin dolu, həm də əyləncəli anlar yaşayıblar. Komanda şəklində keçirilən oyunlar iştirakçılara rəqabət, birlik, çeviklik və komanda ruhunu bir arada hiss etmək imkanı yaradıb.
Gülüş, pozitiv enerji və unudulmaz təəssüratlarla yadda qalan bu həftəsonu tədbiri əməkdaşlar arasında dostluq və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib.









