Xəbərlər
Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Həmkar Qadınlar və Həmkar Könüllülər departamentlərinin birgə təşkilatçılığı ilə “Tələbəlikdən inkişafa: Könüllülüyün şəxsi inkişafa təsiri” mövzusunda təlim keçirilib.
Təlimçi İzzət Rəhimli könüllülüyün şəxsi və peşəkar inkişafda, yeni bilik və bacarıqların qazanılmasında, eləcə də gələcək karyeranın formalaşmasında rolu barədə məlumat verib.
İnteraktiv formatda keçirilən tədbirdə tələbələr müzakirələrdə iştirak edib, suallarını ünvanlayıblar. Təlimin sonunda THİK-in fəaliyyəti ilə bağlı sual-cavab təşkil olunub və düzgün cavab verən iştirakçılar hədiyyələrlə mükafatlandırılıblar.










