Xəbərlər
Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinə yola salınan Neftçala müəllimlərinin istirahətləri yüksək əhval-ruhiyyə ilə davam edir
03/03/2026, 09:30

Dünən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinə yola saldığımız müəllimlərimizin istirahəti yüksək əhval-ruhiyyə ilə davam edir.
Onlar gözəl ab-hava şəraitində dincəlir, müxtəlif əyləncəli proqramlarda iştirak edir, sağlam qidalanır və tibbi müayinələrdən keçərək həm fiziki, həm də mənəvi cəhətdən yenilənirlər.
Bu istirahət günləri müəllimlərimiz üçün həm rahatlıq, həm də yeni enerji toplamaq baxımından olduqca əhəmiyyətlidir.







