“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycanın futzal komandası Avropa Universitet Oyunlarına qələbə ilə start verib

18/07/2026, 19:18
xeber1

İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında Azərbaycanı futzal yarışlarında təmsil edən Azərbaycan İdman Akademiyasının (ASA) komandası turnirə uğurlu başlayıb.


İyulun 15-də start götürən və 25 iyuladək davam edəcək Oyunlarda mübarizə aparan komandamız ilk görüşündə Almaniya təmsilçisini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.


Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin (ETİHİ), Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə keçirilir

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: