Xəbərlər
Azərbaycanın hər bir bölgəsi, qarışı səfalıdır!

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi ilə İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Respublikamızın səfalı bölgələrin birində təşkil olunan ekskursiya səmərəli və mənalı şəkildə keçirildi. Gəzinti zamanı iştirakçılar təbiətin gözəlliklərindən zövq aldı, tarixi abidələrimiz ilə tanış oldu. Ekskursiya kollektiv üzvləri arasında münasibətlərin daha da yaxınlaşmasına, komanda ruhunun güclənməsinə və ümumi motivasiyanın artmasına şərait yaratdı. Gəzinti xoş ovqatla başa çatdı və iştirakçılar gələcəkdə bu kimi tədbirlərin mütəmadi keçirilməsini arzuladı.
#ETN #MÜTDA #GDRTİ #GöygölRTS #məktəbtəhsil #Təhsilİşçiləri #Həmkarlarİttifaqı #Ekskursiya #TəhsiləDəstək #Minnətdarlıq #ATİAHİ






