Xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı, General-Mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş atletika idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

ETİHİ Suraxanı Rayon Komitəsi tərəfindən ittifaq üzvləri arasında Tovuz döyüşləri – Böyük Qələbənin başlanğıcı və Azərbaycanın Milli Qəhrəmanı, General-Mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş atletika idman növü üzrə rayon birinciliyi keçirilib.
Yarışlar 11 iyul tarixindən qəsəbələrdə başlayıb və 18 iyul tarixində rayonun 76 nömrəli tam orta məktəbində başa çatıb.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.Tədbirdə komitənin sədri Fərhad Həsənov çıxış edərək ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin adından qalibləri təbrik edib və onlara gələcək uğurlar arzulayıblar.






