“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycanın müstəqilliyi əbədidir

17/10/2026, 21:33
xeber1

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Ağcabədi rayon Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.

Məktəbin həmkarlar təşkilatının sədri Aslanova Sona müəllimin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin direktoru Şaiq Məmmədov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb. O, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının xalqımızın azadlıq və müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynadığını vurğulayıb.

Direktor çıxışında müstəqilliyimizin qorunmasının, dövlətçilik ənənələrimizin yaşadılmasının və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın müqəddəs vəzifəsi olduğunu qeyd edib. O, şagirdlərin Vətənə məhəbbət, dövlətə sədaqət və milli qürur ruhunda tərbiyə olunmasının vacibliyini xüsusi vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycanın müstəqillik yolu, zəngin dövlətçilik ənənələri və milli dəyərlərimiz haqqında müəllimlərin və qonaqların çıxışları dinlənilib. Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş təqdimatlar nümayiş etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: