Xəbərlər
Azərbaycanlı tələbələr Avropa Futzal Çempionatının qalibi oldu

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Universitetləri Futzal Çempionatında ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası möhtəşəm nailiyyətə imza atıb.
Final görüşündə İspaniyanın Valensiya Universitetinin komandası üzərində 7:2 hesablı qələbə qazanan təmsilçilərimiz çempionatın qalibi olublar!
Ağaseyid Qasımov turnirin ən yaxşı qapıçısı seçilərək fərdi mükafata da layiq görülüb.
Qeyd edək ki, komandamızın Avropa çempionatında iştirakı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı , Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə baş tutub.











