Xəbərlər
AZMİU-da Vətən müharibəsi qəhrəmanlarının döyüş yoluna həsr olunmuş sərgi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Vətən Müharibəsi qəhrəmanlarına və onların döyüş yoluna həsr olunmuş sərgi təşkil edilib.
Açılış mərasimində universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Çıxışçılar, qəhrəmanlarımızın Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsində və suverenliyimizin bərpa olunmasında göstərdikləri şücaətdən danışaraq, belə tədbirlərin gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşmasına kömək olduğunu vurğulayıblar.
Sərgidə 43 tələbə öz rəsm əsərini nümayiş etdirib. Sonda sərgidə əl işləri nümayiş olunan tələbə rəssamlara Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim edilib.





