“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AzMİU-da IV Zəfər İdman Festivalının açılış mərasimi keçirilib

29/10/2026, 01:16
xeber1


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yaddaşı” layihəsi çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və Komitənin nəzdində fəaliyyət göstərən İdman Klubunun iştirakı ilə fakültələrarası futzal, basketbol və voleybol yarışları davam edir.

Layihənin əsas məqsədi tələbələr arasında vətənpərvərlik hisslərini gücləndirmək, Azərbaycanın şanlı Zəfər tarixini təbliğ etmək, milli-mənəvi dəyərləri qorumaq və sağlam həyat tərzini təşviq etməkdir. Yarışlar, eyni zamanda, tələbələrin idmana marağının artırılması, komanda ruhunun formalaşdırılması və universitetdaxili həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Turnir çərçivəsində müxtəlif fakültələri təmsil edən tələbələr öz bacarıq və hazırlıqlarını nümayiş etdirərək qələbə uğrunda mübarizə aparırlar. Gərgin və maraqlı qarşılaşmalar tələbələr arasında sağlam rəqabətin yaranmasına, dostluq münasibətlərinin möhkəmlənməsinə və komanda birliyinin güclənməsinə şərait yaradır.

“Zəfər yaddaşı” layihəsi xalqımızın qəhrəmanlıq tarixinin, şəhidlərimizin əziz xatirəsinin və tarixi Zəfərimizin əhəmiyyətinin gənc nəslə çatdırılmasına xidmət edir.

AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliyyət göstərən İdman Klubu tələbələrin ictimai və idman həyatında fəallığının artırılması, onların potensialının üzə çıxarılması və universitetdə idman ənənələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

“Zəfər yaddaşı” layihəsi çərçivəsində yarışlar davam edir! İdman meydançasında mübarizə, tribunada dəstək, hər bir komandada birlik və hər addımda Zəfər ruhu!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: