“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZMİU-da Qubadlının işğaldan azad olunmasına həsr edilmiş tədbir keçirilib

24/10/2026, 20:21
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Tikinti-iqtisad fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Zəfər Yaddaşı” layihəsi çərçivəsində Qubadlının işğaldan azad olunmasına həsr edilmiş tədbir keçirilib.


Tədbirdə Qubadlının işğaldan azad olunmasının tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, eləcə də tarixi Zəfərin əldə olunmasında şəhidlərimizin göstərdiyi fədakarlıqdan bəhs olunub.


Çıxışlarda Qubadlının Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm əhəmiyyət daşıyan şəhərlərdən biri olduğu vurğulanıb. Vətən uğrunda canından keçən qəhrəmanların şücaətinin xalqımızın yaddaşında daim yaşayacağı, onların əziz xatirəsinin gələcək nəsillər tərəfindən ehtiramla yad edilməsinin vacibliyi qeyd olunub.


Tədbir gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi Zəfərimizin əhəmiyyətinin daha geniş şəkildə təbliği və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.


Qeyd edək ki, Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də işğaldan azad edilib. Bu tarixi gün Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin mühüm mərhələlərindən biri kimi yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: