Xəbərlər
AzMİU-da “Zəfər yaddaşı” adlı tədbir keçirilib
08/11/2026, 21:08

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yaddaşı” adlı tədbir keçirilib. Tədbir çərçivəsində Zəfər Gününün tarixi əhəmiyyəti vurğulanıb, milli-mənəvi dəyərlərimizin təbliği və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə çıxışlar və bədii proqram təqdim olunub.








