“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZMİU-da “Zəfər yaddaşı” layihəsi çərçivəsində Zəngilan Şəhəri Günü qeyd olunub

22/10/2026, 01:47
xeber1

AZMİU-da “Zəfər yaddaşı” layihəsi çərçivəsində Zəngilan Şəhəri Günü qeyd olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İnşaat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Zəfər yaddaşı” layihəsi çərçivəsində Zəngilan Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev və AZMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili çıxış ediblər.


Çıxışlar zamanı Zəngilan şəhərinin işğaldan azad olunmasının tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaət, eləcə də əldə olunan tarixi Zəfərin gənc nəslə çatdırılmasının vacibliyi vurğulanıb. Zəngilanın tarixi, mədəni irsi və azad edilmiş ərazilərin ölkəmizin inkişafında tutduğu mühüm yer barədə fikirlər səsləndirilib.


Tədbir çərçivəsində Zəngilanın tarixinə və işğaldan azad olunmasına həsr edilmiş sənədli film nümayiş etdirilib. Film iştirakçılara şəhərin keçdiyi tarixi yol, işğal dövrü və azadlığı uğrunda aparılan mübarizə barədə məlumatların çatdırılmasına xidmət edib.


Qeyd edək ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də işğaldan azad edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: