“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş təltifetmə mərasimi keçirildi

08/07/2026, 21:27
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə universitetdə təltifetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev, universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.


İlk olaraq Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bir qrup AzMİU əməkdaşına “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim olunub. Təltiflər elm və təhsil nazirinin müavini İdris İsayev tərəfindən sahiblərinə təqdim edilib.


Daha sonra universitetin 50 illik yubileyi münasibətilə təsis edilmiş “AzMİU-nun 50 illiyi yubiley medalı” bir qrup professor-müəllim heyətinə, əməkdaşa və universitetin inkişafında xüsusi xidmətləri olan şəxslərə təqdim olunub.


Tədbir iştirakçıları AzMİU-nun ötən 50 ildə qazandığı nailiyyətləri yüksək qiymətləndirərək universitet kollektivinə gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.


Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti yarıməsrlik fəaliyyəti dövründə ölkənin memarlıq və inşaat sahəsində aparıcı ali təhsil müəssisəsi kimi minlərlə yüksəkixtisaslı mütəxəssis yetişdirib, Azərbaycanın inkişafında mühüm rol oynayan elm və təhsil mərkəzinə çevrilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: