Xəbərlər
AzMİU-nun bir qrup müəllim və tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil ocağının bir qrup müəllim və tələbə heyəti, həmçinin əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı əcnəbi tələbələrə də Azərbaycan tarixinin bu faciəli səhifəsi haqqında ətraflı məlumat verilib. Onlar öz növbələrində təəssüratlarını bölüşərək belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Ziyarət çərçivəsində AzMİU heyətinə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərini əks etdirən görüntülər, həmin dövrdə aparılan tikinti-quruculuq işləri və əhalinin həyat tərzi ilə bağlı fotomateriallar nümayiş olunur.





