Xəbərlər
AZMİU tələbələri Heydər Əliyevə həsr olunmuş müsabiqə-festivalda yüksək nəticələr əldə ediblər
14/12/2025, 16:13

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin birgə layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib.
Müsabiqədə AzMİU 9 tələbə ilə təmsil olunub. Tələbələrimizin çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Universitet komandası üzvlərindən 2 nəfər I yer, 1 nəfər – II yer, 1 nəfər – III yer tutub.





