“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZTU-da 8 mart Qadınlar günü münasibəti ilə tədbir keçirilib

10/03/2026, 12:05
xeber1

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AZTU HİK tərəfindən bir sıra mədəni tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində müəssisədə çalışan xanım əməkdaşlara asudə vaxtlarının səmərəli və mənalı təşkili üçün kino biletləri, eləcə də teatr tamaşalarına biletlər təqdim olunmuşdur.

    Mədəni dəyərlərin təbliği və kollektiv üzvlərinin incəsənətə marağının artırılması məqsədilə xanım əməkdaşlara Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan tamaşalara biletlər hədiyyə edilmişdir. Belə ki, 7 mart tarixində səhnələşdirilən “Amerikalı kürəkən” tamaşasına, 8 mart tarixində isə “Zal qızı Zalxa” tamaşasına biletlər xanım əməkdaşlara təqdim edilmişdir.

   Qeyd olunan tədbir qadınların mədəni həyatla daha sıx əlaqədə olmalarına şərait yaratmaq məqsədi daşıyır. Eyni zamanda bu addım kollektiv daxilində sosial dəyərlərin təşviqi, qadın əməyinə verilən yüksək dəyərin nümayişi və bayram münasibətilə onlara göstərilən diqqət və qayğının ifadəsi kimi qiymətləndirilə bilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: