Xəbərlər
AzTU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər turniri”nə start verilib
30/10/2026, 09:52

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər turniri”nə start verilib.
Turnirdə universitetin bütün fakültələrini təmsil edən birinci kurs tələbələri iştirak edirlər. Tələbələr şahmat, stolüstü tennis, futbol, voleybol və digər idman növləri üzrə mübarizə aparırlar.
Yarışın əsas məqsədi tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, komanda ruhunu gücləndirmək və idmana marağı artırmaqdır.
Turnir, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyir.










