Xəbərlər
AzTU-da Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.

AzTU Həmkarlar Ittifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən təbirdə çıxış edən prorektor Rəşad Əliyev Azərbaycan Gəncləri Gününə münasibətilə universitetin gənc əməkdaşlarını və tələbələri təbrik edib, onların ölkənin müxtəlif sahələrinin inkişafında mühüm rolunu xüsusi vurğulayıb. O, gənclərin müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməsinin dövlətin və ali təhsil müəssisələrinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Rəşad Əliyev AzTU-da gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan da danışıb. Tədbir çərçivəsinda təhsil, elm, ictimai fəaliyyat və universitet həyatında gösterdikleri fəallığa görə bir qrup əməkdaş və tələbə fəxri fərman və hədiyyələrlə təltif olunub. Sonda AZTU Həmkarlar İttifaqı Komitəsinin sədri Lalə Piriyeva gəncləri təbrik edib, onların sosial rifahının yüksədilməsi, həmçinin hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, gənclərin əşəbbüskarlığını və fəallığını daim dəstəkləməyin vacibliyini qeyd edərək, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.






