Xəbərlər
AZTU-da Əməyin mühafizəsi və sağlamlığı ilə bağlı Ümumumdünya Əməyin Mühafizəsi günü qeyd edilir.

Aprel ayının 28-i Beynəlxalq Əmək təşkilatı (BƏT) tərəfindən Əməyin mühafizəsi və sağlamlığı ilə bağlı Ümumumdünya Əməyin Mühafizəsi günü qeyd edilir. BƏT 2026-cı ildə Ümumumdünya Əməyin Mühafizəsi gününü “ Sağlam Psixosial iş mühitinin yaradılmasını təmin edək! ” devizi altında qeyd edir.
Bu məqsədlə Azərbaycan Texniki Universitetində 24 aprel 2026-cı ildə Əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin olunması mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə 40-a yaxın əməkdaş iştirak etmişdir. Əsas məqsəd universitet əməkdaşları arasında Əməyin mühafizəsi sahəsində biliklərin artırılması, iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyinin diqqətə çatdırılması və sağlam əmək mühitinin formalaşdırılması olmuşdur. Tədbirdə AZTU-nun Maliyyə və təssərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev, Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Vidadi Mustafayev, Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin Əməyin mühafizəsi üzrə aparıcı mühəndisi Nailə Abasova və Azərbaycan Dövlət İqtisad Universiteti Biznesin idarəedilməsi kafedrasının dosenti Afaq Hüseyn iştirak etmişdir. Məruzəçilər Maliyyə və təssərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev, Vidadi Mustafayev və Nailə Abasova əməyin mühafizəsinin hüquqi əsaslarından, Afaq Hüseyn isə müasir əmək münasibətlərində xüsusi əhəmiyyət kəsb edən psixososial iş mühiti, iş yerində stressin idarə olunması, emosional tükənmənin qarşısının alınması, sağlam ünsiyyət mühitinin yaradılması və kollektiv daxilində qarşılıqlı hörmətin qorunması məsələləri haqqında çıxış etmişdilər. Tədbirin sonunda HİK sədri Lalə Piriyeva məruzəçilərə və iştirak edən əməkdaşlara öz təşəkkürünü bildirmişdir.










