“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZTU-da futbol yarışları keçirilib.

11/03/2026, 11:32
xeber1

Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsi tərəfindən müəllim və inzibati heyətin asudə vaxtının səmərəli təşkili, kollektiv ruhun gücləndirilməsi məqsədilə fakültələr arası futbol yarışları təşkil olunmuşdur. Universitetin müxtəlif fakültələrini təmsil edən əməkdaşlardan ibarət komandalar arasında keçirilən bu idman yarışı idmana marağın stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Tədbir çərçivəsində komandalar arasında rəqabət ruhunda oyunlar keçirilmiş, iştirakçılar yüksək idman bacarıqları və komanda əməkdaşlığı nümayiş etdirmişlər. Oyunların keçirilməsi əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsinə, töhfə vermişdir. Sonda yarışın nəticələrinə əsasən fərqlənən komandalar müəyyən edilmiş və onların nailiyyətləri yüksək qiymətləndirilmişdir. Belə idman tədbirlərinin təşkili universitet mühitində əməkdaşların fiziki inkişafının dəstəklənməsi, idman mədəniyyətinin təbliğində xüsusi əhəmiyyət daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: