“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZTU-da məzun günü qeyd olunub.

24/06/2026, 15:10
xeber1

Azərbaycan Texniki Universitetinin təşəbbüsü, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və  Həmkarlar İttifaqı Komitəsinin (HİK) dəstəyi ilə  22 iyun 2026-cı il tarixində “Crystal Hall” da AZTU-nun tələbə həyatının mühüm mərhələlərindən biri olan Məzun Günü yüksək səviyyədə qeyd olundu. 

 Tədbirdə ilk olaraq çıxış edən universitetin rektoru Vilayət Vəliyev yeni həyata qədəm qoyan məzunlarımıza ən xoş arzularını bildirdi.

 Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tərəfindən Azərbaycan Texniki Universitetinin məzunları olan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri və Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Təşəkkürnamə ilə təltif olundular.

 Məzunlarımızı bu əlamətdar gün münasibətilə təbrik edir, onların gələcək peşəkar fəaliyyətlərində və şəxsi inkişaf yollarında uğurlar arzulayırıq.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: