“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilib.

22/05/2026, 11:26
xeber1

Azərbaycan Texniki Universitetində (AZTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Mütərəqqi texnologiyalar va innovasiyalar” mövzusunda XI Respublika elmi-texniki konfransının

açılış mərasimi keçirilib.Açılış mərasimində ali təhsil müessisələrinin alim vətədqiqatçıları, həmçinin sənaye sektorunun nümayəndələri iştirak ediblər. Tədbirin geniş iştirakçı tərkibi konfransın artan elmi nüfuzunu və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha nümayiş etdirib.Konfrans iştirakçılarını salamlayan AZTU-nun rektoruVilayat Vəliyev bildirib ki, ənənəvi xarakter daşıyan bu elmi platforma hər il inkişaf edərək daha geniş miqyas alır. Rektor çıxışında elmi-tədqiqat fəaliyyətinin nəticələrini yalnız nəzəri müstəvidə almamasının, onların innovativ hallar vasitəsilə real sektora tətbiqinin zəruriliyini xüsusi vurğulayıb.Tədbirdə fəxri qonaq qismində çıxış edən AZTU-nun məzunu, Xüsusi Rabitə va Informasiya Təhlükəsizliyi Dövlat Xidmətinin (XRITDX) rəis müavini, general-mayor Allahverən Ismayılov konfransın əhəmiyyətini yüksək qiymatlandirərək, dövlat təhlqkəsizliyi və informasiya texnologiyaları sahəsində elmi təşəbbüslərini dəstəklənməsinin vacibliyini qeyd edib.Konfransın plenar iclasında müasir va aktual elmiistiqamatlar üzrə məruzələr təqdim olunub.Radiotexnika va telekomunikasiya texnologiyaları kafedrasının magistrantı Məhbubə İbrahimli “GPON şəbəkələri və onların IMS sistemlerinə inteqrasiyasının tədqiqi” mövzusunda, Kibertəhlükəsizlik kafedrasının assistenti Ağa Ağayev isa “Bənzərsiz cütlük: kriptoqrafiya va süni intellekt” mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd olunub ki, builki konfransın coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib, Azərbaycanla yanaşı ABŞ, Macarıstan, Almaniya va Türkiyədən təqdim olunan elmi məqalələr tədbirin beynəlxalq statusunun daha da möhkəmlənməsinə töhfə verib.

İki gün davam edən konfrans işini müvafiq elmi istiqamətlər üzrə bölmə iclasları ilə davam etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: