Xəbərlər
AzTU-da narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin təşkilatçılığı, AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib.
Tədbirdə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Vasif Quliyev, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Zaur Məhərrəmov, Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı və psixoloq Xəyal Qurbanov çıxış ediblər.
Çıxışlarda narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr, xüsusilə gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb. Narkotik asılılığının insan sağlamlığına və sosial həyata mənfi təsirləri diqqətə çatdırılıb.
Tədbirdə gənclərin zərərli vərdişlərdən uzaq tutulması, sağlam həyat tərzinin təşviqi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və maarifləndirmə işinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Çıxış edənlər tələbələri sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, asudə vaxtlarını səmərəli keçirməyə və narkomaniyaya qarşı mübarizədə fəal mövqe nümayiş etdirməyə çağırıblar. Sonda iştirakçıların sualları cavablandırılıb.













