Xəbərlər
AZTU-da Novruz şənliyi keçirilmişdir.
18/03/2026, 11:55
Azərbaycan Texniki Universitetində HİK və THİK-in təşkilatçılığı ilə Novruz bayramı böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olundu. Universitetin həyəti bayramın rəmzi olan səməni, xonça və digər milli atributlarla bəzədildi, tonqal qalanaraq Novruzun əsas ənənələrindən biri yaşadıldı. Tədbir çərçivəsində milli musiqilər səsləndirildi, maraqlı səhnəciklər nümayiş olundu, kosa və keçəl obrazları iştirakçılara əsl bayram ovqatı yaşatdı. Eyni zamanda, qutabların hazırlanması və digər milli təamların təqdim olunması tədbirə xüsusi rəng qatdı.




