“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı bədii tədbir keçirilib

10/11/2026, 20:40
xeber1

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı bədii tədbir keçirilib


Azərbaycan Texniki Universiteti (AzTU) və “Şəhid analarına dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, AzTU Həmkarlar İttifaqının dəstəyi ilə “Şanlı Zəfər tariximiz” adlı bədii tədbir təşkil olunub.


Şəhid ailələrinin üzvlərinin və qazilərin iştirak etdiyi tədbir universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları AzTU-nun ərazisində yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər.


Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: