“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AzTU-da “UrbanAct MUN” Simulyasiya Konfransı uğurla baş tutdu.

03/05/2026, 10:22
xeber1

1–2 may 2026-cı il tarixlərində “SDG Youth Community” təşəbbüs qrupunun təşkilatçılığı ilə “UrbanAct MUN” simulyasiya konfransı uğurla həyata keçirildi. Tədbir Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (AzTU THİK) və Dilək Xaricdə Təhsil Şirkətinin tərəfdaşlığı ilə baş tutdu.


Konfrans “Su qıtlığının urbanizasiya və beynəlxalq sülhə təsiri” mövzusuna həsr olunmuşdu. İki gün ərzində 20-dən çox gənc resursların idarə olunması, şəhərləşmənin yaratdığı qlobal çağırışlar, transsərhəd su siyasəti və qlobal sabitlik məsələləri ətrafında debatlar apararaq analitik düşüncə, diplomatiya və liderlik bacarıqlarını nümayiş etdirdilər.


Müzakirələr zamanı iştirakçılar mövcud vəziyyəti, gələcək riskləri və mümkün həll yollarını geniş şəkildə təhlil edərək öz təkliflərini səsləndirdilər. Konfrans boyunca gənclər beynəlxalq əməkdaşlıq, dayanıqlı inkişaf və sülhün qorunması istiqamətində innovativ yanaşmalar təqdim etdilər.


Tədbirin sonunda iştirakçılar müxtəlif nominasiyalar üzrə təltif olundular.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: