“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZTU-da Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan musiqili-bədii tədbir keçirilib.

22/05/2026, 11:32
xeber1

Azərbaycan Texniki Universitetinin (AZTU) Humanitar fənlər kafedrası, Tələbə Həmkarlar

İttifaqı Komitəsinin (THİK) və Həmkarlar İttifaqı Komitəsinin (HİK) birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan

musiqili-bədii tədbir keçirilib.AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun böyük elmi işçisi Aytən QurbanovaAzərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin

2026-cü il 23 fevral tarixli Sərəncamının əhəmiyyətiniqeyd edib.AZTU-nun prorektoru Fariz Mammadov tədbir

iştirakçılarını salamlayaraq, poeziyamızın görkəmli nümayandəsi kimi Səməd Vurğun işinin Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli və AZTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev çıxış edərək, yüksək vətənpərvərlik duyğuları ilə zəngin Səməd Vurğun irsinin Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini bildiriblər.Şairin müəllifi olduğu şeirlərdə Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbətinin ifadə edildiyi, milli ideallara, azərbaycançılıq məfkurəsinə yüksək mənada bağlı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Tədbirin bədii hissəsində Azərbaycan aşıq sənətinin görkemli nümayəndələri - Aşıq Aydın Musayev, beynəlxalq müsabiqələr qalibi, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına xorun solisti Mədinə Səlimova,Azerbaycan Mədəniyyəti Sosial Şəbəkə Platformasının icraçı direktoru Fərid Əzizli, ADMİU-nun tələbəsi Ceyran Abbaslı Səməd Vurğunun şeirlarinə bəstələnmiş musiqi nömrələri ilə çıxış ediblər.Daha sonra Səməd Vurğunun poeziya nümunələri

Aytən Qurbanova, Həbib Mirzəyev, Canpolad Quliyev tərəfindən səsləndirilib.

Sosial şəbəkələrdə paylaş: