“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AzTU-da yubiley yaşı tamam olan əməkdaşlarla görüş keçirilib

17/11/2026, 14:55
xeber1

Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin (HİK) birgə təşəbbüsü ilə ənənəvi olaraq bu ay da yubiley yaşı tamam olan əməkdaşlarla görüş keçirilib.

Tədbirdə yubilyarların universitetin elmi-pedaqoji və ictimai həyatındakı fəal iştirakı, səmərəli əmək fəaliyyəti və kollektivin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib.

Bu əlamətdar gün münasibətilə yubiley yaşı tamam olan əməkdaşları maşınqayırma texnologiyası kafedrasının məsləhətçi professoru Mövlazadə Vaqif Zahid oğlunu, mexanika və maşın dizaynı kafedrasının məsləhətçi professoru Əlizadə Rasim İsmayıl oğlunu, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının dosenti Natiq Paşa Hidatət oğlunu, Elektrotexnika kafedrasının dosenti Musayeva Sevinc Nadir qızını, İnfrastrukturun idarə edilməsi departamentinin sürücüsü Abdürəhmanov Ayaz Abdurəhman oğlunu doğum günü münasibətilə təbrik edilmişdir.

Sonda yubilyarlara fəxri fərman və hədiyyələr təqdim olunub, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: