Xəbərlər
AzTU əməkdarının yubileyi qeyd olunub.
05/02/2026, 16:36

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının yubileyləri qeyd edilib.
Belə ki, ənənəvi olaraq AzTU-nun rektorluğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən yubileyi olan əməkdaşların yubileyinin təbrik edilməsi çərçivəsində Maşınqayırma və metallurgiya kafedrasının müəllim köməkçisi Quliyeva Südabə Fərhaq qızının və Kitabxana İnformasiya Mərkəzinin kitabxanaçısı Ənsərova Əminə Nəcəf qızının yubileyləri qeyd olunub. Yubliyarlara AzTU rektorluğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim edilib.




