“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZTU əməkdaşları Mingəçevirdə keçirilən Universitet-Sənaye Birliyi Sammitinde iştirak edib.

27/10/2025, 17:16
xeber1

AZTU əməkdaşları Mingəçevirdə keçirilən Universitet-Sənaye Birliyi Sammitinde iştirak edib.

Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan-Türkiye iş Adamlari Birliyi (ATIB) va "HBN Group"un təşkilaçılığı ile "Regional Universitet-Sənaye Birliyi

Sammiti 2025" keçirilib.

MDU-nun rektoru Anar Eminov sammitin məqsəd və əhəmiyyətindən danışıb. O, bildirib ki, "Regional Universitet-Sənaye Birliyi Sammiti 2025" ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektleri arasinda qarşılıqlı əmakdaşlığa mexanizmlerini güclendirmək, gənclərin meşğulluğa va innovasiya potensialını artırmaq baxımından mühim addımdır.

Çıxış edənlər ali təhsil müəssisəlerinin sənaye ilə işbirliyinin vacibliyini qeyd edib, belə tədbirlərin sözügedən əməkdaşlığın inkişafında mühim əhəmiyyət daşıdığını vurğulayıblar.

Sammit çərçivəsində Dövlet Meşğulluq Agentliyi ilə birgə Karyera Sərgisi təşkil olunub. Sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) stendi də nümayiş olunub.

Qeyd edək ki, sammitde AzTU-nu Həmkarlar İttifaqı Komitesinin sədri Elvin Bəxtiyarli, "SmartTech" Innovatorlar Mərkəzinin direktoru Azər Bayramov va Texnologiya Transfer Markezinin əməkdaşı Sahib Əsgərov təmsil edib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: