Xəbərlər
AZTU əməkdaşlarına iftar süfrəsi verilib.
11/03/2026, 12:40

Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə universitet əməkdaşları üçün iftar süfrəsi təşkil edilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd universitet kollektivinin bir araya gətirilməsi və əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi olmuşdur. Belə sosial-mədəni tədbirlərin keçirilməsi kollektiv münasibətlərin inkişaf etdirilməsinə xidmət edir.





