Xəbərlər
AzTU əməkdaşlarının HİK-in təşkilatçılığı ilə İsmayıllı səfəri

Komanda quruculuğuna töhfə verən istirahət günü: AzTU əməkdaşları İsmayıllıda bir araya gəldilər
Azərbaycan Texniki Universiteti (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşəbbüsü və təşkilatçılığı ilə 2025-ci ilin yay mövsümünün başlanğıcı universitet əməkdaşları üçün unudulmaz istirahət günü ilə yadda qaldı.
Əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, kollektiv mühitin gücləndirilməsi və əməkdaşlar arasında kommunikasiyanın və komanda işinin yaxşılaşdırılması məqsədilə 31 may 2025-ci il tarixində AzTU-nun professor-müəllim heyəti və inzibati-texniki işçilərinin iştirakı ilə İsmayıllı rayonunun füsunkar təbiətə malik “Sərin Dərə” istirahət mərkəzinə bir günlük səfər təşkil olunub.
Səfər çərçivəsində müxtəlif komanda oyunları və aktiv istirahət növləri təşkil olunub, iştirakçılar üçün açıq havada nahar süfrəsi hazırlanıb.
Eyni zamanda, musiqili proqram və interaktiv əyləncələr istirahətə xüsusi ab-hava qatıb, əməkdaşlar arasında yüksək əhval-ruhiyyə yaradıb.
Təşkil edilən fəaliyyətlər xüsusilə "teambuilding" xarakteri daşıyaraq komanda ruhunu gücləndirmiş, əməkdaşlar arasında ünsiyyətin və qarşılıqlı anlaşmanın dərinləşməsinə, motivasiyanın artırılmasına dəstək olub.
Universitet rəhbərliyi və HİK bu cür tədbirlərin əməkdaşlar arasında həmrəyliyin, əməkdaşlığın və pozitiv mühitin gücləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayıb, gələcəkdə bu ənənənin davam etdiriləcəyini qeyd ediblər.
AzTU HİK əməkdaşların sosial rifahının yüksəldilməsi, onların mənəvi və fiziki istirahətinin təmin olunması, eləcə də kollektiv əlaqələrin və komanda işinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonar da davam etdirəcək.





