Xəbərlər
AzTU əməkdaşlarının HİK-in təşkilatçılığı ilə Lənkəran səfəri

AzTU əməkdaşlarının Lənkərana istirahət səfəri təşkil olunub
Azərbaycan Texniki Universiteti (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə əməkdaşların asudə vaxtlarının və yay istirahətlərinin səmərəli təşkili məqsədilə Lənkəran rayonunda yerləşən “Cənnət Xıl” istirahət mərkəzinə növbəti səfər təşkil olunub.
Səfərdə HİK-in təsərrüfat bürosunun üzvləri və universitetin müxtəlif inzibati şöbələrindən olan əməkdaşlar iştirak ediblər. Təbiət qoynunda keçirilən birgə istirahət iştirakçılar üçün həm əyləncəli, həm də motivasiyaedici anlarla yadda qalıb.
Günün proqramına müxtəlif komanda oyunları, musiqili proqramlar və rəqs nömrələri daxil olub. Əməkdaşlar bir-biri ilə daha yaxından tanış olmaq, kollektiv ruhunu gücləndirmək və gündəlik iş rejimindən kənar istirahət imkanı əldə ediblər.
Qeyd edək ki, əməkdaşların asudə vaxtının səmərəli təşkili və kommunikasiyalarının gücləndirilməsi məqsədilə belə səfərlərin gələcəkdə də həyata keçirilməsi planlaşdırılır.







