Xəbərlər
AZTU əməkdaşlarının yubileyi qeyd olunub.

Azərbaycan Texniki Universitetinin rektorluğu, Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitet əməkdaşlarının doğum günü və əlamətdar yubileyləri münasibətilə tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi əməkdaşların yubileyinin qeyd olunması olmuşdur.Tədbir zamanı yubiley yaşı tamam olan əməkdaşların Xarici dillər kafedrasının baş müəllimi Bədəlova İradə Elman qızının, Biznesin idarə edilməsi kafedrasının dosenti Əbdürəhmanova Sədaqət Əyyub qızının Metallurgiya və materiallar texnologiyası kafedrasının dosenti Cəfərova Səidə Allahverdi qızının, Kompüter texnologiyaları kafedrasının professoru Fəttahova Mehriban İsa qızının, Maşınqayırma texnologiyası kafedrasının dosenti Səmədov Müxəddin Kamal oğlunun, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının dosenti Hüseynova Vaqifə Ələkpərovnanın yubileyi qeyd edilmişdir. Eyni zamanda Maliyyə şöbəsi mütəxəssisi , HİK büro sədri Allahyarova Qərənfil Alamverdi qızı da doğum günü münasibətilə təbrik edilmişdir.
Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən yubilyarlara fəxri fərman, hədiyyələr təqdim olunmuş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır









