Xəbərlər
AZTU HİK təşkilatçılığı ilə Quba " Nazlı Bulaq" istirahət mərkəzinə gəzinti təşkil olunub.
25/05/2026, 17:14

Azərbaycan Texniki Universiteti Həmkarlar
İttifaqı Komitəsinin təşkilatçılığı ilə əməkdaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən " Nazlı bulaq" istirahət mərkəzinə gəzinti təşkil olunub.
Gəzintidə HİK-in üzvləri va universitetin müxtəlif strukturlarında çalışan , eyni zamanda kafedralarda fəaliyyət göstərən professor-müəllim heyəti iştirak etmişdir.
Günün proqramına müxtalif intellektual oyunlar, musiqili proqramlar va rəqs nömrələri daxil olmuşdur. Universitetdə fəaliyyət göstərən əməkdaşlar bir-biri ilə daha yaxından tanış olmuş, gündəlik iş rejimindan kanar istirahət imkanı əldə etmişlər.















