Xəbərlər
🇦🇿 AzTU tələbələri Vətən müharibəsinə həsr olunmuş “44” bədii filmini izləyiblər
03/11/2026, 12:00

Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələri Vətən müharibəsinə həsr olunmuş “44” bədii filminin nümayişində iştirak ediblər.
Vətən müharibəsinin qəhrəmanlıq tarixini əks etdirən film gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu kimi tədbirlərin təşkili tələbələrin milli tariximizə, xalqımızın qəhrəmanlıq salnaməsinə və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram ruhunda formalaşmasına xidmət edir.





