Xəbərlər
AzTU THİK fəalları “Muzson” televiziya proqramında iştirak ediblər
16/10/2026, 14:26

Azərbaycan Texniki Universitetinin tələbələri AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Muzson” televiziya proqramında izləyici qismində iştirak ediblər.
Təşkil olunan tədbir tələbələrin asudə vaxtının səmərəli təşkili, televiziya mühiti ilə tanışlığı və mədəni-ictimai fəaliyyətlərdə iştirak imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Proqramda iştirak tələbələrə televiziya çəkilişi prosesini izləmək və bu sahə ilə bağlı ümumi təsəvvür qazanmaq imkanı yaradıb.
AzTU THİK tələbələrin universitetdənkənar mədəni-ictimai fəaliyyətlərə cəlb olunmasına yönələn təşəbbüsləri davam etdirir.





