Xəbərlər
AzTU-da Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş XII Spartakiada başa çatdı

Azərbaycan Texniki Universitetində (AzTU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş AzTU əməkdaşları və tələbələri arasında ənənəvi XII Spartakiada yekunlaşıb.
Bağlanış mərasimi AzTU-nun və ali məktəbin Həmkarlar İttifaqı Komitələrinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Spartakiadada 250-yə yaxın əməkdaş və 400-ə yaxın tələbə müxtəlif idman növləri üzrə mübarizə aparıblar.
Qalibləri təbrik edən AzTU-nun prorektoru Rəşad Əliyev AzTU-da idmanın, bədən tərbiyəsinin inkişafının hər zaman diqqətdə saxlanıldığını vurğulayıb.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov və AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı yarış iştirakçılarına öz təbriklərini çatdırıb və fəal iştirak etdiklərinə görə təşəkkür ediblər.
Çıxışlarda Ümummilli Liderin idmana göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Həmçinin AzTU-nun bu istiqamətdə gördüyü işlər, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə əməkdaşlığı və gələcək imkanlar barədə də məlumat verilib.
Daha sonra mükafatlandırma mərasimi keçirilib qaliblər təltif olunublar.
Şahmat üzrə:
• Əməkdaşlar — Nəqliyyat və logistika fakültəsi
• Tələbələr — Xüsusi texnika və texnologiya fakültəsi
Stolüstü tennis üzrə:
• Əməkdaşlar — Maşınqayırma və robototexnika fakültəsi
• Tələbələr — İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi
Dama üzrə:
• Əməkdaşlar — Ümumi şöbələr komandası
• Tələbələr — Maşınqayırma və robototexnika fakültəsi
Voleybol üzrə:
• Əməkdaşlar — Ümumi şöbələr komandası
• Tələbələr — İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi
Futzal üzrə:
• Əməkdaşlar — Ümumi şöbələr komandası
• Tələbələr — Metallurgiya və kimya texnologiya fakültəsi
Basketbol üzrə:
• Tələbələr — Energetika fakültəsi
Sərbəst güləş üzrə:
AzTU tələbələri fərqli çəki dərəcələrində I, II və III yerləri bölüşüblər.
Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.







